Ermənilər Rəşid Behbudovun qızına hücum çəkdilər - Video

ermeniler-resid-behbudovun-qizina-hucum-cekdiler
Oxunma sayı: 7793

Əfsanəvi müğənni Rəşid Behbudovun qızı, əməkdar artist Rəşidə Behbudova özünün sosial şəbəkə paylaşımı ilə ermənilərin hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, əməkdar artist ermənilərin ünvanına sərt sözlər səsləndirərək onların Azərbaycanın torpaqlarını, tarixi dəyərlərini, incəsənət və mədəniyyətini qəsb etdiklərini yazıb. Bu isə düşmən dövlətin nümayəndələrinin xoşuna gəlməyib.

Sənətçinin həyat yoldaşı Kamil Şahverdinin sözlərinə görə, ermənilər sözügedən paylaşımı kütləvi surətdə şikayət edərək, “Facebook”dan sildiriblər. Həmçinin, Rəşidə xanımın sosial şəbəkədəki hesabında bir sıra əməliyyatları icra etməsi bloklanıb.

Rəşidə Behbudova statusunda yazıb:

“Siz kimsiniz? Kimsiniz axı? Njdenin nəvələri... Siz kimsiniz axı, faşistlərin toxumu?! Sizin heç şərəfiniz də yoxdur... yoxdur! Şərəfli millət, insanlar başqasının dəyərlərini heç vaxt mənimsəməz. Bu şüurun itirilməsidir...

Siz dünya xalqlarının etnik dəyərlərini oğurlayırsınız. Siz oğurlayırsınız. Sizin şərəfiniz haradadır? Naməlum millət, siz hardan peyda olmusuz? Qafqazlı? Niyə xristiansınız! Pravoslav musiqisi əvəzinə niyə Azərbaycan musiqisi səsləndirirsiniz? Sizdə xristianlıqdan əsər-əlamət yoxdur! Nə istəyirsiniz?! Torpaqlarımızı sülh yolu ilə qaytarın! Heç kimin qanını tökmədən... qaytarın...”.