Ermənilər sərhədin açılması üçün Ağ evə müraciət etdi

ermeniler-serhedin-acilmasi-ucun-ag-eve-muraciet-etdi
Oxunma sayı: 629

“Daniel 1” imzası ilə yazılan və Ağ evin rəsmi internet səhifəsində nümayiş olunan ərizədə, “Obama administrasiyasından suriyalı erməni qaçqınlara Ermənistan-Türkiyə sərhəddinin açılması üçün rəsmi Ankaraya müraciət etməsini istəyirik” – yazılıb. Ərizədə çox az erməninin hava yollarının xidmətlərindən istifadə edə bildiyi, digərlərinin ölkədən sadəcə avtobus və avtomobillə Suriyadan qaça bildiyi qeyd edilib, bu ölkədə 200 000 erməni olduğu vurğulanıb.

Qeyd edək ki, rəsmi Ankaranın bu müraciəti müsbət qarşılamadığı bildirilir. Xarici İşlər nazirliyi mənbələri Suriya ermənilərinin də başqa Suriya vətəndaşları kimi Türkiyəyə keçməsinin qarşısında heç bir maneə olmadığını, həmçinin arzu edən erməninin İstanbuldan təyyarə ilə Ermənistana gedə biləcəyini vurğulayır./anspress/