Ermənilər Türkiyənin bayrağını yandırdı- - Foto

ermeniler-turkiyenin-bayragini-yandirdi-
Oxunma sayı: 1534


 “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər il aprelin 24-də təşkil edilən məşəl yürüşündə iştirak edən minlərlə adam “Soyqırım muzeyi” qarşısında toplanaraq Türkiyə bayrağını yandırıblar. Daha sonra Türkiyə əleyhinə şüarlar səsləndirilib.

Nümayişçilər Ermənistan prezidenti Serj Sarkisyandan da hələ təsdiqlənməyən Türkiyə ilə imzalanan protokoldan imzasını götürməsini istəyiblər. 

Ermənilərin iddialarına görə, Birinci Dünya müharibəsindən 1923-cü ilə qədər 1,5 milyon erməni "soyqırım"a məruz qalıb. Soyqırım iddialarını rədd edən türklər isə döyüş illərində qarşılıqlı olaraq itkilərin yaşandığını, o dövrdəki hadisələri tarixçilərin araşdırması lazım olduğunu müdafiə edir.

Bu günə qədər ermənilərin "soyqırımı" iddialarını Rusiya , Fransa , İtaliya , Almaniya , Hollandiya , Belçika , Polşa , Yunanıstan , Kanada , Livan , Vatikan və digər bəzi ölkələr qəbul edib.