Ermənilərə başsağlığı verən azərbaycanlı yazıçı danışdı

ermenilere-bassagligi-veren-azerbaycanli-yazici-danisdi-
Oxunma sayı: 643

Üçüncü dəfə yazıçının adını gündəmə gətirən isə ermənilərə verdiyi başsağlığıdır. Aprelin 24-də o, öz bloqunda belə bir status yazıb: “Adekvat Moskva azərbaycanlıları adından ermənilərə 1915-ci ildə Türkiyədə soyqırıma məruz qalmalarının ildönümü münasibətilə başsağlığı verirəm”.

ANS-in “Erməni xalqına başsağlığı verməklə onlara qarşı həqiqətən soyqırım törədildiyini demək istəmisiniz” sualına Eduard Bağırov belə cavab verib: “Mənə görə, soyqırım insanların milli mənsubiyyətlərinə görə öldürülməsidir. Həm azərbaycanlılara, həm ermənilərə, həm də digər xalqlara qarşı soyqırım törədilə bilər. Misal üçün, Hitler tərəfindən yəhudilərə qarşı belə bir soyqırım oldu. Burada isə bir milyon yarım erməni sırf erməni olduğu üçün öldürüldü”.

O, daha sonra qeyd edib ki, bu, soyqırımdır: “Onların yerində azərbaycanlı olsaydı, əlbəttə, bu da soyqırım olardı. Bu soyqırıma görə, erməni xalqının dərdinə şərikəm. Eyni zamanda, Xocalı dəhşətinə görə də azərbaycanlıların dərdinə şərikəm. Hesab edirəm ki, bizim əsrimizdə insanların milli mənsubiyyətinə görə öldürülməsinə göz yummaq olmaz. Mən buna qarşıyam”.

Yazıçı bildirib ki, fevralda o, Xocalı faciəsinə görə Azərbaycan xalqına başsağlığı verib. Xatırladaq ki, Eduard Bağırov 1975-ci ildə Türkmənistanda doğulub. Anası rus, atası azərbaycanlı olan yazıçı vaxtilə ölkəmizə də gəlib. Onun Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olduğu bildirilir.



anspress