Ermənilərə ölü heyvan əti yedizdirilir

ermenilere-olu-heyvan-eti-yedizdirilir
Oxunma sayı: 649

Anspress-in “Armtoday”ə istinadən verdiyi məlumata görə, Yerevan bazarlarında istehlakçılara mal əti adı altında ölü at əti təklif olunur.

Bu barədə jurnalistlərə Ermənistan Kənd Təsərrüfatı Nazirliyi yanında Yeyinti məhsullarının təhlükəsizliyi xidmətinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Babken Pipoyan məlumat verib. Onun sözlərinə görə, hətta Yerevanın satış mərkəzlərində camaata mal əti adı ilə ölmüş heyvanların satıldığı yerlərin olduğu da məlum olub. O bildirib ki, bir çox bazarlarda vaxtı keçmiş və istifadəyə yararlı olmayan at əti mal əti adı altında camaata sırınır.

Bütün bunlar bir yana. Daha maraqlı fakt isə budur ki, bu ətlərin heç birinin lazımi sənədləri yoxdur. Bir çox hallarda isə köhnə dondurulmuş at əti əhaliyə təzə kəsilmiş mal əti adı ilə satılırmış. İndi erməni ictimaiyyətini yalnız bir sual düşündürür: görəsən, Yeni İldə süfrələrinə hansı əti bişirib qoyacaqlar?