“Köçəri”yə görə erməniyə etiraz edən Aydından - Açıqlama

koceriye-gore-ermeniye-etiraz-eden-aydindan
Oxunma sayı: 2977

Xəbər verdiyimiz kimi, ötən gün Monteneqronun Hersoqov şəhərində keçirilən Beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilər arasında gərginlik yaşanıb.

Festivalda Ermənistanı təmsil edən “Kafqaz” rəqs ansamblının şagirdlərinin Azərbaycan milli rəqsi olan “Köçəri” və “Gözəlim sənsən” xalq mahnılarını ifa etməsi azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb.

Ermənilərə etiraz edən gənclərdən Qəhramanzadə Aydın "Qafqazinfo"ya açıqlama verərək hadisə barədə danışıb: "Gördük ki, ermənilər burada Azərbaycan mahnıları ilə Qafqazı təmsil edirlər. Biz də bayraqlarımızı götürüb, qışqırdıq ki, bunlar Azərbaycan mahnılarıdır. Erməniləri yerin dibinə soxduq. Burada heç bir azərbaycanlı qaçmayıb. Sadəcə bir qadın həqiqətin əksini iddia etdi və "polis, polis" deyərək qışqırmağa başladı. Hadisə yerinə gələn polis də bizi bölməyə aparmaq istəyəndə həmrəylik nümayiş etdirərək buna imkan vermədik".

Emin Səfərov