Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı - Fotolar

Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı
Oxunma sayı: 1609

Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr festivalında ermənilər Azərbaycana qarşı təxribata əl atıblar.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, erməni gənclər festival çərçivəsində keçirilən sərgidə Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan ərazisi olduğunu göstərən broşürlar nümayiş etdiriblər.

Ermənistan stendində nümayiş olunan həmin broşürlarda Dağlıq Qarabağdakı tarixi abidələr erməni tarixi abidələri kimi qeyd olunub. Bu, Azərbaycan nümayəndə heyətinin etirazına səbəb olub. Azərbaycan nümayəndə heyəti tədbir təşkilatçılarına etirazını bildirib.

Qeyd edək ki, festivalda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Bundan başqa festivalda Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR), İrəli İctimai Birliyinin, habelə digər gənclər və tələbə təşkilatlarının nümayəndələri iştirak edir.
XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalı oktyabrın 22-dək davam edəcək. "Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimiz inşa edirik" şüarı altında keçirilən festivalın açılış mərasimində Rusiya prezidenti Vladimir Putin çıxış edib. Festival çərçivəsində keçirilən forumlarda Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya və xarici ölkələrin rəsmiləri iştirak edirlər.

 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi