Ermənilərin Bakıya gəlməyinə etiraz etdilər - - Fotolar

ermenilerin-bakiya-gelmeyine-etiraz-etdiler-
Oxunma sayı: 939


“Qafqazinfo” xəbər verir ki, Musavat.com-un hadisə yerindəki əməkdaşının bildirdiyinə görə, QAT üzvləri NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında iştirak üçün erməni deputatların Bakıya gəlməsinə etiraz ediblər. Aksiya erməni deputatların da qaldığı Four Seasons otelinin qarşısında keçirilib.

Polis əməkdaşları aksiyaya sərt müdaxilə etməyiblər. Aksiya iştirakçıları otelin qarşısından uzaqlaşdırılıb, əllərindəki plakatlar isə müsadirə edilib.