“Ermənilərin əkdikləridir, aşır”- - Açıqlama+Fotolar

ermenilerin-ekdikleridir-asir-
Oxunma sayı: 2331


“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, üç gün əvvəl Xətai rayonu, Zığ yolu 32 ünvanında iri gövdəli ağac kökündən qoparaq bahalı avtomobilin üzərinə aşmışdı. Lakin üstündən günlər keçsə də, ağac aşan ərazidən yığışdırılmayıb. Sakinlər şikayətləniblər ki, ağacın aşma təhlükəsini aradan qaldıra bilmirlər, heç olmasa onun fəsadını yığışdırsınlar.

Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayev  açıqlamasında bildirdi ki, ermənilərin əkdiyi ağaclardır, indi başımıza aşır. Bir vaxtlar Bakıda əkərək bəla yaradıblar, şam ağacları boya verir. Amma gövdəsi və kökü inkişaf etmir.

Baş mühəndisin sözlərinə görə, ağacın fəsadları artıq aradan qaldırılıb: 

“Əslində, bu, bizim işimiz deyil. Yaşıllaşdırma görməlidir bu işi. Ancaq gözlədik, sonra özümüz yığışdırdıq. Artıq 12 ünvanda ağacların yaratdığı problemi həll etmişik”.