Ermənilərin həmişəki üzü…

ermenilerin-hemiseki-uzu
Oxunma sayı: 647

Saytın girişində layihə haqqında məlumat verən saytın qurucuları əsas məqsədin Bakı erməni icmasının “zəngin keçmişini və varisliyini aydınlaşdırmaq və təqdim etmək” olduğunu qeyd ediblər. Saytın Azərbaycan versiyasının yaradılmasında məqsəd kimi Azərbaycan vətəndaşları, xüsusilə də gənclərinə “Bakı şəhərinin tarixində ermənilərin buraxdığı zəngin mədəni və sivilizasiyalı işlər haqqında” məlumat vermək olduğu göstərilib: “Azərbaycan hakimiyyətləri tərəfindən söz azadlığının məhdudlaşması və ümumiyyətlə insan haqlarının tapdalanması, eləcə də rəsmi səviyyəyə çatdırılmış anti-erməni təbliğatı Azərbaycanın, xüsusən Bakı tarixində ermənilərin böyük rolu haqqında hər hansı bir sözə yol vermir. Bakı tarixinin unudulmuş yaxud qadağan edilmiş səhifələrini aşkar etmək baxımından saytın xüsusi əhəmiyyəti var”.

Saytda 1905, 1918 və 1990- cı illər erməni soyqırımı kimi təqdim edilməklə yanaşı, Bakının bir sıra tarixi memarlıq abidələri, o cümlədən Bakı şəhər icra hakimiyyətinin binası da erməni abidələri kimi göstərilib.

Səidə