“Ermənilərin hər yerdə gözünə Azərbaycan əsgəri görünür” - Müdafiə Nazirliyi

“Ermənilərin hər yerdə gözünə Azərbaycan əsgəri görünür”
Oxunma sayı: 984

Azərbaycan Müdafiə Nazirliyi ordumuzun itkilər verməsi ilə bağlı Ermənistan tərəfinin iddialarına cavab verib.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur:

“Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur. Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi