Ermənilərin hərbi xərcləri azaldılıb

ermenilerin-herbi-xercleri-azaldilib
Oxunma sayı: 635

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, ötən il üzrə bu ölkənin müdafiə sahəsində xərclərində azalma müşahidə olunub. Ermənistan dövlət büdcəsi ilə bağlı hesabatında 2011-ci ildə müdafiə sahəsində xərclərin 145,5 milyard dram (357,3 milyon dollar) olduğu göstərilir. Bu isə əvvəlki illə müqayisədə 1,4 % azalma deməkdir.

2010-cu illə müqayisədə hərbi sahədə xərclər 1,7 faiz aşağı düşüb. Xarici hərbi dəstək üçün isə 132,6 milyon dram ayrılıb ki, bura Ermənistanın NATO-da hərbi nümayəndəliyinin saxlanmasına çəkilən xərclər də daxildir. Xarici hərbi dəstək üçün edilən xərclər 2010-cu il üzə olan səviyyəni 2,3 % ötüb.