Təşkilatdan “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, dünyanın super güclərinin Dağlıq Qarabağ probleminin həllində regionun separatçılığa və terrorçuluğa meyilli bir dövləti olan Ermənistana üstünlük vermələri və onları separatçılığa və terrorçuluğa daha da ruhlandırmaları, heç də təsadüfi deyil. Bildirilir ki, Qafqaz regionunda nüfuz uğurunda mübarizə aparan, biri-birinə iki əks qütblü dövlət Amerika və Rusiyanın əlində, Azərbaycana və Türkiyəyə təziq vasitəsi kimi istifadə olunan Ermənistan, İranla yüksək səviyyədə dostluq və qardaşlıq münasibətləri quraraq, İranda eyni zamanda Amerikanın xeyirinə cəsusluq edir: “Çünki biz bunu Ermənistanın təcrübəsində keçən əsrin əvvəllərində Türkiyədə Rusiyanın xeyrinə cəsusluq etdiyini müşahidə etmişik. Bölgədə öz xeyrini güdən Amerika, Ermənistanın İranla günü-gündən möhkəmlənən iqtisadi və siyasi əllaqələrinin daha da inkişaf etməsinə nəinki göz yumur, hətta bu əlaqələrin qurulmasında Ermənistanı alqışlayır. Halbuki dünyanın çoxlu sayda dövlətləri Azərbaycan və Türkiyədə da daxil olmaqla, İranla iqtisadi sahədə əlaqə qurmaq istədikdə Amerikanın ciddi təziqləri ilə qarşılaşırlar”.
Bəyanatda bildirilir ki, Ermənistanın Rusiya və Amerikaya etdiyi xidmətlərin qarşılığında, Dağlıq Qarabağ probleminin ermənilərin xeyrinə həll edilməsinə çalışan Rusiya və Amerika, eyni zamanda Azərbaycana öz torpaqlarını Ermənistanın xeyrinə güzəştə getməsi üçün çox ciddi təziqlər edirlər: “Son zamanlar bu dölətlərin rəsmiləri tərəfindən Beynəlxalq təşkilatların tribunalarından Azərbaycana qarşı açıq-aşkar hədələyici bəyənat və çıxışlarının sayı daha da artır. Bu isə nəinki problemin ədalətli həllinə kömək etmir eyni zamanda Azərbaycanın işğala məruz qalmış torpaqlarının erməniləşdirilməsinə şərait yaradır.
Tərəfimizdən aparılan tədqiqatlqr göstərir ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Daşınmaz Tarix və Mədəniyyət Abidələri ermənilərin işğalından sonra aşağadakı dəyişikliklərə məruz qalmışdır:
1. Yer-yurd adlarının və toponimlərin dəyişdirilmiş,
2. Keçmişdə istirahət əraziləri olmuş yerlərdə, tarix və mədəniyyət abidələri ətrafında və qəbristanlıqlarda xaç daşlarının basdırılması işləri davam etdirilir.
3. Kənd və qəsəbələrimizdə erməni kilsələri tikilir.
4. Arxeoloji qazıntılar aparılır və əldə etdikləri dəlillər Ermənistana daşınır.
5. Xalqımıza məxsus milli mənəvi dəyərlər mənimsənilir.
6. İslam dini abidələri, qəbristanlıqlar, at-qoç fiqurları dağıdılır.
7. Alban xristian abidələrinin qriqoryanlaşdırılır.
8. Azərbaycan torpaqlarının ermənilərə məxsusluğu barədə müxtəlif dillərdə yazılar hazırlayaraq müxtəlif internet sayıtlarda və infoormasiya bloklarında təbliğ edilir.
Bütün bunlardan başqa ermənilər işğal etdikləri Azərbaycan ərazilərdəki inzibati yaşayış məskənlərindən yüz mindən çox muzey eksponatı, o cümlədən;
• Bədii yazı nümumələri
• Bədii toxuculuq sənəti və məişət əşyaları nümumələri və xalçalar
• Bəstəkar əsərləri
• Rəsmi Dövlət sənədləri, xəritələr və fotoplyonkalar.
• Pul əskinasları, qədim silahlar və ovçuluq ləvəzimatları qarət edilərək ermənistana aparılıb.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi, erməni terrorizmini və onu müdafiə edən qüvvələrin qanundankənar hərəkətlərrini qəti şəkildə pisləyərək, bəyan edir ki Azərbaycanın ərazi bütövlüyü Beynəlxalq hüquq normaları çərçivəsində, dövlətlərin ərazi bütövlüyü prinspləri əsasında həll edilməlidir. Ermənistan Azərbaycan ərazilərində bütün təcavüzkar planlarına o cümlədən ərazilərin erməniləşdirilməsinə tez bir zamanda son qoyduğunu elan etməlidir”.