Ermənilərin öldürdüyü Zəhra və nənəsinin qırx mərasimi keçirilir

Ermənilərin öldürdüyü Zəhra və nənəsinin qırx mərasimi keçirilir
Oxunma sayı: 1054

Ermənilərin Füzulinin Alxanlı kəndində qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın bu gün qırx mərasimi keçirilir.

“Qafqazinfo” Azvision.az-a istinadən xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.

Alxanlı kəndinin icra nümayəndəsi İlham İsrafilov AzVision.az-a bildirib ki, səhər saatlarında Zəhranın və nənəsinin məzarı ziyarət edilib:

“İcra başçısı məzuniyyətdə olduğundan yas mərasimində iştirak edə bilməyib. Digər rəhbər şəxslər mərasimə qatılıblar. Bakıdan və digər bölgələrdən Alxanlıya çoxlu sayda insan gəlib”.

Xatırladaq ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib. Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi