Ermənilərin Ukraynadakı təxribatının qarşısı alınıb

Ermənilərin Ukraynadakı təxribatının qarşısı alınıb
Oxunma sayı: 1063

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı videoçarxların yayılmasına görə bu ölkədə fəaliyyət göstərən “Erməni təşəbbüsü” Fondu təxribata əl atmağa cəhd edib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, fondun nümayəndəsi SOCAR-ın Kiyevdəki yanacaqdoldurma məntəqələrindən birində olarkən bu videoçarxı görüb və qarışıqlıq yaratmaq istəyib.

Hadisə yerinə polis çağırılıb və erməni məntəqədən uzaqlaşdırılıb.

Xatırladaq ki, fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırımına dair videoçarx yayımlanır.

Videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumatlar, faciəyə dair fotolar yer alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi