Ermənilərin vurduğu ziyan hesablanır

ermenilerin-vurdugu-ziyan-hesablanir
Oxunma sayı: 839


Azərbaycan Respublikasının Qiymətləndiricilər Cəmiyyətininin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan böyük itki və tələfatlara məruz qalıb. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin göstərişinə uyğun olaraq. ölkəmizə vurulan zərər və mənəvi itkilər təsnifatı üzrə hesablanır. Dağlıq qarabağ ətrafındakı bir çox rayonların işğal gününün qeyd edildiyi bir vaxtda Azərbaycanın işğal altında olan ərazilərinin tarixi və mədəniyyəti ermənilər tərəfindən məqsədli şəkildə məhv edilir, qanunsuz arxoloji qazıntılar aparılır, qazıntı nəticəsində aşkar edilən məişət əşyaları, müxtəlif alətlər və mədəni irsimizə aid digər nümunələr mənimsənilərək ölkədən çıxarılır. Bu barədə beynəlxalq təşkilatlar və super dövlətlər ya susur ya da ikili standartlarla yanaşırlar.

Milli-Məclisin deputatı Xanhüseyin Kazımlının rəhbərliyi ilə işçi qrupu və Azərbaycan Respublikasının Qiymətləndiricilər Cəmiyyətinin əməkdaşlarının apardıqları tədqiqat zamanı məlum olub ki, Azərbaycanın Ermənistan tərəfindən İşğal Olunmuş Ərazilərindəki tarix və mədəniyyət abidələrinin bir qismi islam dini abidələri yəni məscidlər, inanc yerləri, pirlər, qəbüstü abidələr və qəbristanlıqlar ermənilər tərəfindən dağıdılsa da, digər qism abidələr qaya təsvirləri, mağaralar, sujet xarakterli oymalar, kurqanlar, istehkamlar, qalalar və xristianlıq dövrü memarlıq abidələri hələ də öz mövcudluqlqrını qoruyub saxlayırlar. Bu barədə Ermənistanın “Ради Дома” saytı, 29 avqust 2013-cü ildə isə Rusiyanın ИА REGNUM saytı Ermənistan rəsmlərinin məlumatlarına əsasən bildirirlər ki, 2011-ci ildə Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 4000 min tarix və mədəniyyət abidələri qeydə alınmışdır. Erməni tarixçisi Şagen Mkrtçyanın 2006-cı ildə İrəvanda nəşr etdirdiyi “Qarabağın memarlıq abidələri” adlı kitabda Qarabağdakı abidələrin adları və mövcud olduqları yerləri dəqiq göstərilmişdir. Qeyd edək ki, bu göstəricilər müəyyən qədər azaltmalarla şərh edilsə də bizim əlimizdə olan sttistik məlumatlarla uyğunluq təşkil edir.

Məlumdur ki, SSRİ Hakimiyyəti dövrü Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işləri səti aparıldığından, o dövrdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində xeyli sayda tarix və mədəniyyət abidələri dövlət qeydiyyatından kənarda qalmasına səbəb olmuşdu. Bu isə Azərbaycanın işğal altında qalan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və bu istiqamətdə işğal dövrü ermənilər tədəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır. Qarabağda Ermənistan tərəfindən aparılan bu siyahıya alma zamanı məlum olur ki, onlar İşğal altında saxladıqları ərazilərdə islam dini abidələri qeydiyyata almayıblar. Ekspertlər bundan belə bir nəticəyə gəlirlər ki, İşğal ərazilərinə islam dini abidələri də hesablasaq onda orada olan Abidələrimizin sayı 5000 ədəddən də artıqdır. Bütün bunların dəyəri Beynəlxalq Qiymətləndirmə Standartlarına əsaslanaraq və həm də müvafiq sertifikatı olan beynəlxalq ekspertlərin iştirakı ilə aparılmaqdadır.