Ermənilərin yemək oğurluğu davam edir

ermenilerin-yemek-ogurlugu-davam-edir
Oxunma sayı: 1570

Paxlava, türk qəhvəsi, dolma, keşkek və bir sıra başqa yeməklərdən sonra bu dəfə növbə lahmacuna çatıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ermənistan lahmacunun "erməni pizzası" adı ilə tanıtdırmağa çalışıır.

Restotranlar şəbəkəsinin qurucusu olan Tahir Tekin Öztan Serbiyada qatıldığı konqresdə Türkiyənin milli yeməklərindən olan lahmacunun "erməni pizzası" kimi təqdim edildiyinin şahidi olduğunu bildirib.

"Daha öncə də bir çox yeməklərə fərqli ölkələr tərəfindən sahib çıxılmağa çalışılıb. Xüsusilə yunanlar paxlavaya sahib çıxırdı. Lahmacun bizim mədəniyyətimiz və yemək sahəsində pizza ilə yarışa biləcək bir qidadır. Ancaq görürəm ki, AB ölkələrində Ermənistan tərəfindən həyata keçirilən təbliğa nəticəsində lahmacunumuz "erməni pizzası" kimi tanınmağa başlayıb. Lahmacun türk yeməyidir, vətəni isə Qaziantepdir", - deyə Tahir Tekin Öztan bildirib.

Xatırladaq ki, bu günlərdə ermənilər türklərə məxsus daha bir dəyərə sahib çıxmağa çalışıblar. Onların növbəti hədəfi milli xörəyimiz olan dolma olub. Belə ki, Ermənistanda bir qrup şəxs dolmanın bir erməni yeməyi olaraq qeydiyyata alınması hökumətə müraciət edib. Ermənistan adətlərini inkişaf etdirmə və qoruma dərnəyi hökuməti dolmanın azərbaycanlılardan öncə erməni mədəni mirası kimi siyahıya daxil edilməsi üçün addımlar atmağa təşviq edir.