Ermənilərlə əməkdaşlıq dayandırıldı

ermenilerle-emekdasliq-dayandirildi
Oxunma sayı: 645

“Qafqazinfo”ya Xarici İşlər nazirliyinin mətbuat xidmətindən daxil olan xəbərə görə, bu barədə Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyindən məlumat verilib. Əməkdaşlığın dayandırılması üçün səfirlik tərəfindən Misirin Xarici işlər və Rabitə və İnformasiya texnologiyaları nazirliklərində görüşlər keçirilib və Misir tərəfinə “Mobinil” ilə “Karabakh Telecom” arasında əməkdaşlığın dayandırılması üçün nota ilə müraciət edilib. Notada Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər sənədləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, “Mobinil”-in “Karabakh Telecom” ilə əməkdaşlığının və Azərbaycan hökumətinin rəsmi icazəsi olmadan respublikamızın telekommunikasiya məkanına müdaxiləsinin Azərbaycan suverenliyi və ərazi bütövlüyünün pozulması olduğu bildirilərək bu əməkdaşlığın dayandırılması üçün lazımı tədbirlərin görülməsi xahiş olunub.
Müraciətə uyğun olaraq Misir hökuməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Mobinil” ilə “Karabakh Telecom” arasındakı əməkdaşlıq dayandırılıb.
Qeyd edək ki, bir müddət əvvəl Misirin başqa bir mobil operatoru olan “Vodafone Egypt”-in “Karabakh Telecom” ilə əməkdaşlığı müəyyən edilib və səfirlik tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində bu əməkdaşlıq da dayandırılıb.

Səidə