Ermənistan azalır

ermenistan-azalir
Oxunma sayı: 645

“Qafqazinfo”nun erməni saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə “7 milyard: Tarazlıq, hüquqlar və bərabər imkanlar” regional konfransında BMT əhali fondunun Şərqi Avropa və Mərkəzi Asiya məsələləri ofisinin direktoru bəyan edib. Tea Firens bu il dünya əhalisinin 7 milyarda çatmasını bir daha xatırladaraq növbəti artımın ciddi iqtisadi problemlərə gətirib çıxara biləcəyini qeyd edib: “Əlbəttə biz əhalinin qlobal artımından danışırıq, aydın görünür ki, bu regionda azalma müşahidə olunur”.
Ermənistan üçün demoqrafik göstəricilərin nə qədər təhlükəli olduğunu sualını cavablandıran Firens bu ölkə üçün ən acınacaqlı problemin gənclərin başqa ölkələrdə yaşamaq istəməsində görüb: “Yaxşı olardı ki, gənclərin Ermənistanda qalmaları və öz vətənlərində inkişaf etmələri üçün yollar tapılsın”.

Doğum hallarının azlığı, işsizlik və gənclərin əmək bazarında təmsil olunmaları da ölkənin “qocalmağa” doğru getməsi və əhalisinin sayının azalmasına təsir göstərən amillər sırasında göstərilib.
Digər ekspert isə Ermənistanda əhali sayının azalmasına miqrasiyadan daha çox ölüm sayının yüksək olmasının təsir etdiyini qeyd edib.
Səidə