Ermənistan-Azərbaycan sərhədini keçmək istəyən 6 nəfər saxlanıldı

ermenistan-azerbaycan-serhedini-kecmek-isteyen-6-nefer-saxlanildi
Oxunma sayı: 4498

Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.

Ötən gecə sərhədi pozan əcnəbilərin erməni hərbçiləri tərəfindən saxlanıldığı bildirilib. 

***

Məsələ ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən "Qafqazinfo"ya bildiriblər ki, onlarda belə bir məlumat yoxdur.

 

Nuranə