Ermənistan Azərbaycana cavab verəcək

ermenistan-azerbaycana-cavab-verecek
Oxunma sayı: 659

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri sentyabrın 21-də İrəvanda hərbi parad keçirməyi nəzərdə tutub. Parad Ermənistanın müstəqillik bəyannaməsinin 20 illiyinə həsr olunub. Hərbi paradın keçirilməsi ilə bağlı ilk dəfə Ermənistanın müdafiə naziri Seyran Ohanyan hələ yanvarın 28-də Ermənistanın Silahlı qüvvələrinin formalaşmasının 19 illiyinə həsr olunan təntənəli tədbirdə bəyan edib. Qəzetin yazdığına görə, Bakıda Azərbaycan Silahlı Qüvvələrinin təşkil etdiyi hərbi paraddan sonra Ermənistan bəzi düzəlişlər etmək məcburiyyətində qalıb. Belə ki, Ermənistan hökuməti İrəvanda keçiriləcək paradın Bakıda baş tutan paraddan miqyas və təsirlilik baxımından üstün olmasa belə, ən azından Bakı paradına güzəştə getməyəcəyi qeyd olunub.

Səidə