Ermənistan Azərbaycanın dəvətnaməsini itirib

ermenistan-azerbaycanin-devetnamesini-itirib-
Oxunma sayı: 655

“Biz Ermənistana avqust ayında dəvət göndərmişdik, onlar da dəvət almaq barədə də təsdiq sənədi göndərdilər. Lakin Ermənistan tərəfi sonradan guya dəvət almadığını bildirib, sonra isə həmin dəvət məktubunu itirdiklərini deyirlər”. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin vitse-prezidenti Asəf Hacıyev qurumun Baş Assambleyasının 40-cı iclasının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

A.Hacıyev deyib ki, Ermənistan nümayəndə heyəti təhlükəsizliyə təminat istəyib: “Biz də bütün beynəlxalq tədbirlərdə veridiyimiz kimi onlara da təminat verdik, özü də ən yüksək səviyyədə vermişik. Amma mən qurumun Ermənistanda keçirilən iclasında iştirak etmişəm və heç bir təhlükəsizlik təminatı tələb etməmişəm”.

A.Hacıyev qeyd edir ki, ermənilər Azərbaycanla növbəti oyun oynamaq istəyirdilər, amma alınmadı.

Hacı Aslan