Ermənistan Azərbaycanla bağlı tələb irəli sürdü

ermenistan-azerbaycanla-bagli-teleb-ireli-surdu
Oxunma sayı: 637

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Sarkisyan Azərbaycanı Cənubi Qafqazda hərbiləşdirmə siyasəti aparmaqda ittiham edib. Bu barədə baş nazir «European Voice» qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, AB Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı problemin sülh yoluyla həllini nəzərdə tutan bəyannamən qəbul etməlidir.

Tiqran Sarkisyan hesab edir ki, AB Azərbaycanı güc tətbiq edəcəyi halda sanksiyalarla hədələməli, həmçinin bu sanksiyaların nədən ibarət olacağını izah etməlidir.

Bundan başqa, nazir Azərbaycanı Minsk qrupunun işlərinə mane olmağa çalışmaqda ittiham edib və Ermənistanın güc balansını qorumaq üçün kifayət qədər güclü olduğunu vurğulayıb.

Səidə