Ermənistan Azərbaycanla sərhəddində itən zabitini axtarır

ermenistan-azerbaycanla-serheddinde-iten-zabitini-axtarir
Oxunma sayı: 1185


“Qafqazinfo”nun Modern.az-a istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin bununla bağlı xəbər yayıb. Xəbərə əsasən beş gündür aparılan axtarışlar hələ də heç bir nəticə verməyib.

Qeyd edək ki, Ermənistanın Vayotsdzor vilayətində yerləşən hərbi hissənin baş leytenantı may ayının birində itib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazidə zabitin itməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İlkin ehtimala görə, zabit çayda boğulub.