“Ermənistan can hayındadır”

ermenistan-can-hayindadir
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri yap.org.az saytına açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B. Səfərov bildirib ki, Sarkisyan bu açıqlaması ilə əsl erməni xislətini göstərib. Onun sözlərinə görə, bütün dünya insanlarının sülh və təhlükəsizliyin təmin olunması yönündəki təşəbbüsləri fonunda erməni gənclərinin bu cür tərbiyə olunması müasir dövrümüzün çağırışları ilə tam ziddiyyət təşkil edir: “Əslində, Sarkisyan bu tövsiyələrinin heç zaman reallaşmayacağını yaxşı anlayır. Çünki Ermənistanın özü can hayındadır, problemlər içərisində boğulur. Belə olan halda, nə Qarabağı işğal altında saxlaya, nə də Türkiyəyə qarşı iddialarını heç zaman gerçəkləşdirə bilməyəcəklər”.