Ermənistan Elnur Hüseynzadəni azad etdi?

ermenistan-elnur-huseynzadeni-azad-etdi
Oxunma sayı: 2961

Qondarma Dağlıq Qarabağda əsirlikdə olan azərbaycanlının azad edilməyi ilə bağlı xəbər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumata görə, Elnur Elman oğlu Hüseynzadə 2 ildən sonra sərbəst buraxılıb. 

Erməni tərəfi bildirir ki, azərbaycanlı əsir hələ fevralın 2-də həbsdən azad olunub.

Xatırladaq ki, o, 2017-ci ildə Tərtərin Talış kəndi istiqamətində düşmən əlinə keçmişdi. Sərhədi qanunsuz keçməkdə ittiham edilən Elnur Hüseynzadəyə işğalçı rejimin “prokurorluğ”u tərəfindən hökm oxunmuşdu.  

Aysel Kərimova