Ermənistan hökumətinin binasında intihara cəhd

ermenistan-hokumetinin-binasinda-intihara-cehd
Oxunma sayı: 756

Ermənistan vətəndaşı qızı ilə hökumətin binasına daxil olaraq yuxarı dairələrə etiraz məqsədilə intihara cəhd edib.

“Qafqazinfo” “Shamshyan.com” saytına istinadən xəbər verir ki, həmin şəxs Gümrü şəhər sakini, 54 yaşlı Arutyun P. olub. O, alışqan maye içərək özünü öldürmək istəyib. Polislərin müdaxiləsi ilə insidentin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.