Ermənistan İrana niyə kömək etmədi?

ermenistan-irana-niye-komek-etmedi
Oxunma sayı: 635

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, FHN-nin xilasetmə xidmətinin rəis müavini Nikolay Qriqoryanın sözlərinə görə, Ermənistan elə ilk günlərdə İrana yola düşməyə hazır idi, lakin qarşı tərəfdən müvafiq yardımla bağlı heç bir müraciət daxil olmayıb.

O bildirib ki, çox böyük ehtimalla erməni xilasediciləri İrana yola düşməyəcəklər, çünki axtarış-xilasetmə işləri artıq başa çatır.

Ermənistanın qonşu ölkəyə humanitar yardımına gəlincə isə Qriqoryan bildirib ki, bu qərar tamamilə hökumətə aiddir.

Qeyd edək ki, indiyə qədər İranın müraciəti olmadan bu ölkəyə BMT, ABŞ və Azərbaycan humanitar yardım göndərməyi təklif ediblər.

Onu da qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) İranın zəlzələdən zərər çəkmiş bölgəsinə yardım yola salıb. 25 yük maşınından ibarət yardım karvanı FHN-nin Mülki Müdafiə Qoşunlarının Bakıdakı bazasından İrana yola düşüb.