“Ermənistan kağız üzərində “qəhrəmanlıqla” məşğuldur” - Müdafiə Nazirliyi

ermenistan-kagiz-uzerinde-qehremanliqla-mesguldur
Oxunma sayı: 633

Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin yaralanması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatlara münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, Müdafiə Nazirliyi sorğuya cavab olaraq bildirib ki, yayılan məlumatlar dezinformasiyadır:

"Ermənistan sosial səbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb. Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə xidmət etmir.

Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda "qəhrəman" kimi göstərmək istəyir.

Xəbər verildiyi kimi, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib. Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir".