Ermənistan müxalifəti hakimiyyəti hədələyir

ermenistan-muxalifeti-hakimiyyeti-hedeleyir
Oxunma sayı: 650

Ermənistan Milli Konqresi (EMK) gənc fəallarının həbsinə görə hakimiyyətlə siyasi dialoq prosesindən çıxacağını istisna etmir. Trend-in məlumatına görə, bu barədə Yerevanda mətbuat konfransında partiyanın mətbuat katibi Arman Musinyan deyib.

Onun sözlərinə görə, fəalların tutulması təkcə dialoq prosesinə təsir gösrtərmir, həm də bu yolda ciddi maneədir.

EMK-nın məlumatına əsasən, avqustun 9-da polis EMK-nın fəalları Tiqran Arakelyan və Artak Karapetyana qarşı zor tətbiq edib. Hadisə yerinə partiya fəalları Areq Gevorkyan, Saak Muradyan, Vaaqn Gevorkyan, David Kirimacyan gəldikdən və onların vəziyyəti yoluna qoymaq səylərindən sonra onlara qarşı da zorakılıq tətbiq edilib. Bütün göstərilən şəxslər polis şöbəsinə aparılıb. EMK-ya əsasən, zorakılıq və qanun pozuntusu onların vəkillərinə qarşı da tətbiq edilib. Bundan sonra yuxarıda göstərilən şəxlərin qeyri-qanuni həbsi barədə qərar qəbul edilib. Öz növbəsində Ermənistan polisi EMN-nın fəallarını polisə hücum etməkdə təqsirləndirir. İndi Tiqran Arakelyan və Artak Karapetyan, Sarkis Gevorkyan həbsdədir, qalanları isə azad ediliblər.