Ermənistan Ordusunda əsgər intiharı

ermenistan-ordusunda-esger-intihari
Oxunma sayı: 644

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, dünən gecə İrəvan qarnizonunun hərbi hissələrindən birində həqiqi hərbi xidmət keçən Arman Sarkisyanın meyiti tapılıb.

Müdafiə Nazirliyinin Təhqiqat Xidməti hadisə yerinə operativ qrup göndərib. İlkin məlumata görə, Arman Sarkisyan intihar edib.
Faktla bağlı istintaq aparılır.