Ermənistan ordusunda insident - Əsgərlər zabiti döydü

ermenistan-ordusunda-insident
Oxunma sayı: 1790

Ermənistan ordusunda insident baş verib.

"Qafqazinfo" xəbər verir ki, hüquq mühafizəçiləri zabiti döyməkdə şübhəli bilinən dörd erməni əsgərini saxlayıblar.

Bu barədə Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.

Faktla bağlı cinayət işi açılıb. Maddələr üzrə ən yüksək sanksiya səkkiz il həbs cəzasını nəzərdə tutur.