“Ermənistan ordusunun Qarabağdan çıxarılmasının vaxtı çatıb” – alman deputat

ermenistan-ordusunun-qarabagdan-cixarilmasinin-vaxti-catib-alman-deputat
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, Almaniya Federativ Respublikası Bundestaqının Xristian Demokrat İttifaqı Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından millət vəkili, Ətraf mühit, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi nazirliyində dövlət katibi Katerina Reyç Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib ki, Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb. BMT Təhlükəsizlik Şürası bunu öz qətnamələrində dəfələrlə tələb edib. Almaniya və Avropa Birliyi bu məsələdə həmfikirdir. 19 iyul 2012-ci ildə Dağlıq Qarabağda keçirilən qondarma president seçkilərinə münasibət bildirən Avropa Birliyinin Xarici və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Katerina Əşton açıq şəkildə bəyan edib ki, bu seçkiləri Avropa Birliyi tanımır:

“Almaniya olaraq, bizim mövqeyimiz aydındır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir və işğala son qoyulmalıdır. İşğalın başa çatması ilə regiondakı qaçqınların çoxu üçün yeni perspektivlər yaranacaq.

Sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq Almaniya üçün xüsusilə, vacibdir. BMT, Avropa Birliyi və ATƏT uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasının yollarını birlikdə axtarır. Sülhə gedən yolda geriləməyə yol verilməməlidir. Lakin işğal olunmuş Dağlıq Qarabağ ərazisində Xocalı aeroportunu yenidən açmaqla, Ermənistan hökuməti bunun əksini edir. Bu, Azərbaycanın hava məkanının pozulmasıdır”