“Ermənistan özünü ifşa etdi”

ermenistan-ozunu-ifsa-etdi
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz facebook səhifəsində yazıb: “Ermənistan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Assamleyada bir daha ifşa olunmalarına, sərt tənqid olunmalarına özləri gözəl imkan yaratdılar. Sənəddə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması, 1 milyona yaxın azərbaycanlının öz yurd-yuvalarına qayıda bilməməsi və ümumiyyətlə münaqişə ilə bağlı obyektiv məlumatlar öz əksinin tapır. Ermənistan nümayəndə heyətinin Azərbaycan üzrə məruzədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddələrə təklif etdiyi əsassız düzəlişlər isə Assambleya tərəfindən qəbul edilmədi. Bir sözlə Ermənistan nümayəndə heyəti sadəcə bu iclasda Daglıq Qarabağ münaqişəsi ilə bağlı bir daha ifşa olundu və Ermənistan sərt tənqid edildi”.

İlqar Mahmudov