Ermənistan Parlamenti baş nazir məsələsinə yenidən baxacaq

ermenistan-parlamenti-bas-nazir-meselesine-yeniden-baxacaq
Oxunma sayı: 2014

Ermənistan Parlamenti baş nazirin seçilməsi məsələsini mayın 8-də keçiriləcək xüsusi iclasda müzakirə edəcək.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin sədri Ara Babloyan deyib.

“Konstitusiyanın “Milli Məclis reqlamenti” qanununa əsasən, seçki məsələsi mayın 8-də Məclisin xüsusi iclasında saat 12:00-da müzakirə olunacaq”, - deyə Babloyanın rəsmi bəyanatında deyilir.

Qeyd edək ki, baş nazir postuna yeganə namizəd Nikol Paşinyandır. 

Nuranə