Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı

ermenistan-prezidenti-etirazcilari-dialoqa-cagirdi
Oxunma sayı: 1756

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə baş verən situasiya ilə bağlı yenidən bəyanat verib.

“Qafqazinfo” xəbər verir ki, Sarkisyan bildirib ki, bütün problemləri dialoq, danışıqlar vasitəsi ilə həll etmək iqtidarındadırlar: “Bu, mənim çağırışımdır və heç kim şübhə etməsin ki, biz birgə istənilən problemi həll edə bilərik. Həyat davam edir və biz öz dəyərlərimizi qorumalıyıq”. 

Prezident, həmçinin yaranan situasiya ilə bağlı narahatlığını ifadə edib: “Mən səlahiyyətlərim çərçivəsində situasiyanı qaydasına salmaq və həll etmək üçün hər şeyi etməyə çalışıram”.