Ermənistan prezidenti ölkədəki vəziyyətə münasibət bildirib

ermenistan-prezidenti-olkedeki-veziyyete-munasibet-bildirib
Oxunma sayı: 3574

Ermənistan prezidenti Armen Sarkisyan İrəvanda baş verən son hadisələrə münasibət bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat dərc olunub.

“Ölkəmizdə baş verən proseslər təhlükəli həddə çatıb ki, bu da qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, ötən gün əldə olunmuş razılaşmanın əksinə olaraq, danışıqlar pozuldu, halbuki bu, vəziyyəti sakitləşdirə və gərginliyi azalda bilərdi”, — deyə prezident bildirib.

Prezident ölkədə stabilliyi poza biləcək addımlardan çəkinməyə və dialoqa çağırıb.