“Ermənistan prezidentinin bu çıxışını şərh etmək çətindir”

“Ermənistan prezidentinin bu çıxışını şərh etmək çətindir”
Oxunma sayı: 128

Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı ermənilərin bölgənin tarix və durumunu yaxşı bilməyən avropalı, amerikalılara qurduğu 100 faiz yalan və həqiqətə uyğun olmayan məsələlərdən ibarətdir. Namazov bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və bir milyona yaxın qaçqın var: “Buna baxmayaraq Bakı şəhərində hələ də on minlərlə erməni əsilli adamlar yaşayır. Azərbaycan da 1994-cü ildən bəri 17 ildir ki, sülh danışıqları aparır. Bu faktları nəzərə alıb hansı ermənifobiadan danışmaq olar? Əksinə hesab edirəm ki, Azərbaycan xalqı demək olar ki, çox böyük bir səbr, ermənilərin bu hərəkətlərinə qarşı humanistlik nümayiş etdirir. Bunun da təbii ki, hansısa sonu olmalıdır”.

Namazovun sözlərinə görə, ya ermənilər yaranmış durumu, gələcək prosesləri düzgün qiymətləndirib sülh sazişinə imza atmalıdırlar, ya da gec-tez Azərbaycan məcburiyyət qarşısında qalıb bütün potensialından istifadə edib bu problemi özü həll etməli olacaq: “Təbii ki, onda da hansısa muxtariyyətdən söhbət getməyəcək. Azərbaycan özü problemin həllinə məcbur qalsa, tamam başqa şərtlərlə həll edəcək” .

Politoloq iyunun 24-də Kazanda keçiriləcək Azərbaycan, ERmənistan və Rusoiya prezidentlərinin görüşünə də toxunub: “Hesab etmirəm ki, hansısa ciddi saziş imzalanacaq, hansısa ciddi irəliləyiş olacaq. Sarkisyanın AŞPA-dakı çıxışı da məni bu fikirdə bir daha möhkəmləndirdi ki, Kazan görüşündən hansısa böyük nəticə gözləmək düzgün deyil”.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi