Ermənistan prezidentliyinə namizəd həbs olundu

ermenistan-prezidentliyine-namized-hebs-olundu-
Oxunma sayı: 648

Bu, o Vartan Setrakyandır ki, seçkiqabağı pafoslu çıxışları ilə yadda qalmışdı. Müxbirlərin əhali arasında apardıqları sorğudan məlum olmuşdur ki, hər 10 nəfərdən cəmi bir nəfər onu tanıyır. Ölkədə qənd məmulatlarının monopoliyasına nəzarət etməsi barədə verilən suala təvazökarlıqla cavab vermişdi: “Bacarığı olan varsa ölkəyə nə qədər istəyir, o qədər qənd gətirə bilər”.

Canlı yayımda prezident seçilərsə o, ölkə iqtisadiyyatının artması üçün hansı tədbirləri görəcək sualına isə belə cavab vermişdi: “ İlk növbədə Rusiya ilə sərhədimiz olmalıdır. Bunun üçün Qanza (Gəncə) şəhərini qaytarmalıyıq. Aparıcının axı, müharibəsiz necə ala bilərik Gəncəni, onsuz da Azərbaycanla müharibə şəraitindəyik sualına isə belə cavab vermişdi: “Almayacayıq, ata-baba torpaqlarımız kimi, qanuni olaraq geri qaytaracıyıq”.

İndiyə qədər heç kəsin ağlına belə gəlməzdi ki, öz həmkarı - keçmiş prezidentliyə namizəd Paruyr Hayrikyana fevralın 7-də edilmiş sui-qəsddə V.Satrakyanın əli olsun.

Xatırladaq ki, Milli Təhlükəsizlik orqanları tərəfindən aparılan operativ-axtarış tədbirləri zamanı Paruyr Hayrikyanın güllələnməsində şübhəli şəxs qismində 2 nəfər saxlanılaraq istintaqa cəlb edilib. Onlardan biri-Yerevan şəhərində qeyri-leqal olaraq yerləşən 1966-ci il təvəllüdlü, heç yerdə işləməyən, əvvələr narkotik alverinə və dövriyyəsinə görə məhkum olunmuş Xaçatur Poğosyan və ikincisi- 1972-ci il təvəllüdlü Samvel Harutyunyadır. Hansı ki, adları Vartan Setrakyanla əlbir olmaqda hallanır


Tanriverdi İsmayıl
BDU-nun Erməni araşdırmaları ETL-nin rəhbəri