Ermənistan qalib olacaqmı?

ermenistan-qalib-olacaqmi
Oxunma sayı: 1501


Aktual.az xəbər verir ki, artıq eurovision.tv bu istiqamətdə təbliğatını davam etdirir. Mart ayından etibarən, Avropa Yayımları Birliyi (EBU) öz saytında bütün qaydaları pozaraq, fasiləsiz olaraq ermənilərin təqdim etdiyi mahnının reytinqlərdə birinci olması barədə informasiya yaymaqda davam edir. 

Eurovision.tv saytı, həm də EBU əvvəlki illərdə heç bir ölkə üçün belə təbliğat imkanı yaratmayıb. Sayt bildirir ki, artıq erməni mahnısının 1.5 milyon izləyicisi var. Həm də iddia edir ki, bu günə qədər heç bir ölkənin mahnısına çəkilən klip Youtube-də 1,5 milyondan çox izlənməyib. Hətta videoklipin çəkilişlərinə geniş yer ayrılıb.

Daxili nizamnaməyə uyğun olaraq Avropa Yayım Birliyində (EBU) Türkiyədən yalnız TRT üzvlük haqqına sahibdir. Və yaranan problemlər, o cümlədən bu nüfuzlu müsabiqənin siyasiləşdirilməsi, qondarma “erməni soyqırımı” kimi məsələlərin araşdırılması bilavasitə TRT-nin hüququdur. Azərbaycanda isə bu məsələlərə İctimai TV səlahiyyətlidir.

TRT Bakı təmsilçisi Əmrah Timurçin məsələyə münasibət bildirib və deyib ki, “Eurovision” bir musiqi yarışması olduğuna görə bu yarışda siyasi məsələlərin yer almasını düzgün hesab etmirlər: 

“Eurovison”da müsiqi notları yarışmalıdır, siyasət yox. Erməni təxribatlarını qınayır və yarışdan imtina edirik. Burada musiqi notları yarışmalıdır, siyasət yox. Ermənistan yarışmadan öncə dəfələrlə belə təxribatlara yol verir. Elə biz də TRT olaraq bunu qınayırıq. Və iştirakdan imtina edirik. Bir daha qeyd edirik ki, bir musiqi yarışının siyasiləşdirilməsi yol verilməzdir".

Aktual.az bu barədə Avropa Yayım Şurasına (EBU) rəsmi sorğu ünvanlayıb və aldığı cavabı  təqdim edib:

“Mən “Eurovision” icraçı direktoru cənab Yan Ola Sandın adından Sizin suallarınızı cavablandırıram.

Sizə qısa və dəqiq cavab vermək istərdim: EBU hər il olduğu kimi ədalətli seçki təmin etmək məqsədilə “Eurovision”un bütün iştirakçılarına bərabər çıxış imkanları ayırmaq üçün ağır investisiyalar həyata keçirir ki, onlar qalib ola bilsinlər. Necə ki 2012-ci ildə Azərbaycan Ell ve Nikki ilə müsabiqədə qalib gəldi. Səsvermə bütün iştirakçı ölkələrdə notariuslar tərəfindən və Pricewaterhouse şirkətinin müstəqil müşahidəçiləri tərəfindən diqqətlə nəzərdən keçirilir. 

EBU və onun kanallarının hər hansı iştirakçını təbliğ etməsi barədə fikirlər doğru deyil. Biz öz kommunikasiya kanallarında bütün iştirakçıların balanslı təbliğ olunmasını qarşımıza məqsəd qoymuşuq və buna görə də hər bir müvafiq iştirakcı yayımçı tərəfindən göndərilən diqqətə dəyər informasiyaya əsaslanırıq. 

EBU Eurovision Song Contest başlanğıcından etibarən (1956) bildirib ki, biz müsabiqənin qeyri-siyasi xarakterini çox yüksək qiymətləndiririk. Biz canlı şoularda, qaydalarda göstərildiyi kimi, heç bir siyasi mesaja izn vermirik və Eurovision Song Contest-i siyasi məqsədlər üçün istifadə edən üçüncü tərəfləri qınayırıq. Verdiyim bu açıqlamanı Sizin raportlarda görməyə çox şad olardım.

Sitse Baker,

Eurovision Song Contest tədbir təşkilatçısı”.