Ermənistan qarışdı, saxlanılanlar var - Video+ Yenilənib

Ermənistan qarışdı, saxlanılanlar var
Oxunma sayı: 1658

Yerevanda Milli Akademik Opera və Balet Teatrının yaxınlığında yerləşən kafelərin sökülməsinə etiraz əlaməti olaraq dünəndən etibarən kütləvi aksiya keçirilir.

“Qafqazinfo”nun “news.am” saytına istinadən məlumatına görə, hökumətin qərarından narazı olan işçilər Maştots prospektini, daha sonra Tumanyan küçəsini bağlamağa cəhd ediblər.

Əraziyə cəlb olunan polis əməkdaşları vətəndaşlara güc tətbiq ediblər, saxlanılanlar var.

Ölkədə “məxməri inqilab”dan sonra baş tutan ilk toqquşmada etirazçılar Yerevan meri Ayk Marutyanla görüş tələb edirlər.

***

“Sputnik Ermənistan” xəbər verir ki, 16 nümayişçi polis şöbəsinə gətirilib. Bundan əlavə, 1 polis və 1 nümayişçi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

***

Kafelərin sökülməsi prosesi dayandırılıb. Ticarətçilər Azadlıq Meydanına toplaşıblar.

***

Azadlıq meydanında etirazçılardan biri polislərdən birini vurub, nəticədə növbəti qarşıdurma yaranıb. Polis bir neçə nəfəri saxlayıb.

***

Aksiyada yaralananların sayı 4 nəfərə çatıb. Daha bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Askiyada yaralananlardan biri də “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyandır. O, ayağından zədə alıb.