Ermənistan qazın qiyməti ilə bağlı “Qazprom”la razılaşdı

ermenistan-qazin-qiymeti-ile-bagli-qazpromla-razilasdi
Oxunma sayı: 1200

Ermənistan hökuməti qazın daxili tariflərini saxlamaqla bağlı “Qazprom”la razılığa gəlib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Davos forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib: 

““Qazprom” qazı Ermənistana deyil, “Qazprom Ermənistan”a satır. Biz “Qazprom Ermənistan”la razılıq əldə etdik. Ölkə daxilində qazın qiyməti dəyişməyəcək. Yekun razılığa gəlmək üçün “Qazprom”la danışıqları davam etdirəcəyik. Bizim üçün qazın uzunmüddətli qiymətini razılaşdırmaq çox vacibdir”.