Ermənistan rəsmisi Bakıya gəlir - QDİƏT XİN Şurasının iclası üçün

ermenistan-resmisi-bakiya-gelir
Oxunma sayı: 1232

Ermənistan da Azərbaycanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaq.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə “Sputnik Armeniya” saytına Ermənistan XİN-nin mətbuat katibi məlumat verib.

Yerevanı iclasda Xarici İşlər Nazirliyinin Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin sədri Aşot Koçaryan təmsil edəcək. 

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-ü Bakıda keçiriləcək. 

Qeyd edək ki, QDİƏT 1992-ci ildə yaradılıb və tərkibinə 12 dövlət daxildir: “Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Serbiya.