Ermənistan Rusiyadan qırıcıları kreditlə alacaq - Qiyməti açıqlandı

ermenistan-rusiyadan-qiricilari-kreditle-alacaq
Oxunma sayı: 2142

Ermənistanın Müdafiə Nazirliyi gələn il Rusiyanın 4 ədəd SU-30 SM qırıcısını almaq niyyətindədir.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Artsrun Ovannisyan bildirib. Onun sözlərinə görə, Ermənistan çoxməqsədli Su-30 SM qırıcılarının əldə edilməsi ilə bağlı saziş imzalayıb. “Rusiyanın əvvəlcədən ayırdığı 100 milyon dollarlıq kreditlə silahların əldə edilməsi prosesi artıq reallaşma mərhələsindədir. İlkin olaraq 4 təyyarə alınacaq”, - deyə Ovannisyan deyib. 

Qeyd edək ki, “Kommersant” qəzetinin məlumatına görə, Rusiya Ermənistana kredit ayırmaqla kifayətlənməyib, eyni zamanda qırıcıların ixracat qiymətləri ilə deyil, daxili qiymətlərlə satışına razılıq verib.