Ermənistan Rusiyaya qucaq açdı

ermenistan-rusiyaya-qucaq-acdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, baş nazir müsahibəsində bir neçə maraqlı açıqlamalar verib. “İranın bombalanması zamanı sərhədləri bağlayacağı təqdirdə dünyadan təcrid olunmuş halda yaşamağa hazırsınızmı” sualına cavab verən Sarkisyan bütün vəziyyətlərə hazır olduqlarını deyib: “Bizdə dəqiq milli doktrina var. Bu ictimai sənəddir. Harada ki, biz bütün mümkün riskləri və çağırışları əks etdirmişik. Milli təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən biz müxtəlif ssenarilərə hazır olmalıyıq”.

Daha sonra Rusiya və Azərbaycanın Qəbələ RLS-in icarəsi ilə bağlı razılığa gəlməyəcəkləri halda Ermənistanın öz ərazisində belə bir stansiyanın tikilməsinə razılıq verib-verməyəcəyi ilə bağlı suala baş nazir “Niyə də yox” cavabını verib: “Əgər bizim ərazi belə bir maraq daşıyarsa biz bu məsələni müzakirə etməyə hazırıq”.

Səidə