Ermənistan səfirliyinə Mübarizin posteri asıldı - Video

ermenistan-sefirliyine-mubarizin-posteri-asildi
Oxunma sayı: 3721

Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübariz İbrahimovun adı ilə cavab veriblər.

“Qafqazinfo”nun xəbərinə görə, Axar.az-a daxil olan məlumatda bildirilir ki, soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tbilisi şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar.

Həmçinin, Tbilisidəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub.

Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib.

Xatırladaq ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatçı Mixail Avaqyana abidə ucaldılıb. Bu addım soydaşlarımızın ciddi etirazına səbəb olub.