Ermənistan spikeri öz postunda qaldı

ermenistan-spikeri-oz-postunda-qaldi
Oxunma sayı: 645

“Media forum” saytı xəbər verir ki, Ermənistan parlamentinin bugünkü iclasında Respublika Partiyasının namizədi Ovik Abramyan yenidən sədr postuna seçilib. 110 deputatın iştirak etdiyi gizli səsvermədə spiker postuna vahid namizəd Ovik Abramyanı 102 deputat dəstəkləyib.

Ermənistanda parlament seçkisi mayın 6-da keçirilib. Prezident Serj Sərkisyanın başçılıq etdiyi hakim Respublika Partiyası 131 yerlik parlamentə 69 mandat qazanıb. Ermənistanın ikinci prezidenti Robert Köçəryana yaxınlığı ilə tanınan iş adamı Qaqik Sarukyanın lider olduğu Çiçəklənən Ermənistan Partiyası 37 mandat əldə edib. Əsas müxalif qüvvə – sabiq prezident Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresi 7 mandatla parlament üçüncüsü olub.
Digər mandatlar belə bölünüb:

Daşnaksütun Partiyası – 6
Orinats Yerkir Partiyası – 6
İrs Partiyası – 5.

Daha bir mandat partiyasız deputata qismət olub.