Ermənistan və Azərbaycanın xarici işlər nazirləri görüşəcəklər

ermenistan-ve-azerbaycanin-xarici-isler-nazirleri-gorusecekler
Oxunma sayı: 1242

"Ermənistan üçün Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar posesində dinamikanı qoruyub saxlamaq vacibdir".

"Qafqazinfo" Ermənistan KİV-nə isitnadən xəbər verir ki, bunu xarici işlər naziri Zoqrab Mnatsakanyan "Şant" kanalına müsahibəsində deyib. O, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla yaxın zamanda görüşəcəklərini də təsdiqləyib.

"Sülh üçün əlverişli atmosferdən danışarkən bu, geniş kontekstə malik prinsipdir və atəşkəs rejiminin gücləndirilməsi funksiyalarını əhatə edir. Bizim tərəfimizdən heç nə dəyişməyib", - deyə Mnatsakanyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin monitorinq qrupunun genişləndirilməsi haqqında razılaşmaların yerinə yetirilməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarətin vacibliyi ilə bağlı fikrini şərh edərkən bildirib.