Ermənistan və Rusiya “Boeing”lə uçuşu dayandırdı - Yenilənib

Ermənistan və Rusiya “Boeing”lə uçuşu dayandırdı
Oxunma sayı: 876

Martın 10-da Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra Ermənistan da “Boeing B-737-MAX 8 “ və “Boeing B-737-MAX” təyyarələri ilə uçuşu müvəqqəti dayandırıb.

“Qafqazinfo”nun xəbərinə görə, qadağa 13 mart-13 aprel tarixlərində qüvvədə olacaq. Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi Feysbuk hesabında məlumat yayıb.

Qeyd edək ki, “Boeing”dən imtina edən ölkələr arasında Böyük Britaniya, Çin, Fransa, Almaniya, Avstraliya, Vyetnam, İndoneziya, Türkiyə, İtaliya, Avstriya, Latın Amerikası ölkələri, Qazaxıstan, Kanada və ABŞ var.

***

“Rosbalt” agentliyi xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyat Agentliyi (Rosaviatsiya) “Boeing 737 MAX” təyyarələrinin öz hava məkanında uçuşuna qadağa qoyub. 

Qurum rəhbəri Aleksand Neradkonun sözlərinə görə, qərar xüsusi əmr verilməyənə qədər qüvvədə qalacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi