Ermənistan Xarici İşlər Nazirliyinin binası satıldı

ermenistan-xarici-isler-nazirliyinin-binasi-satildi
Oxunma sayı: 645

ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq qurumun daxil olduğu N2 Hökumət evi 51,271 milyon dollara “Tanqo” şirkətinə satılıb.

Qeyd edək ki, Ermənistan XİN-nin binası XX əsrin 40-cı illərində tikilib və İrəvanın mərkəzində yerləşir. Binanın ümumi sahəsi 14 241 kv.m. Erməni mətbuatının yazdığına görə, Xarici İşlər Nazirliyinin binası öz tarixi-mədəni görünüşünü saxlamaqla, beşulduzlu otelə çevriləcək. Otelin açılışı 2013-cü ilə planlaşdırılır.